30 yanvar 2026. Cümə

Ələskərov Bursaspor'a qələbə qazandırdı


Ələskərov Bursaspor'a qələbə qazandırdı
Futbol üzrə Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Altınordu”nu qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesabla qələbə qazanıb - 1:0.
 
Namik də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 28-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də məhz Ələskərov verib.
 
“Bursaspor” 23 turdan sonra 23 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu