17 mart 2026. Çərşənbə axşamı

Super Liqa klubu baş məşqçisiz qaldı


Super Liqa klubu baş məşqçisiz qaldı

Türkiyənin "Yeni Malatyaspor" klubu baş məşqçisi Marius Şumuditsanı istefaya göndərib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

"Yeni Malatyaspor" rumıniyalı baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Şumuditsa 2021-ci ilin oktyabrında baş məşqçi təyin olunub. Onun sözləşməsi yayda başa çatmalı idi. "Yeni Malatyaspor" Superliqada 23 oyundan sonra 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu