17 mart 2026. Çərşənbə axşamı

Trabzonspor 1/4 finalda


Trabzonspor 1/4 finalda

Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Corner.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Sivasspor” səfərdə aşağı liqa təmsilçisi “Bandırmaspor”un qonağı olub. Altı qolun qeydə alındığı matçda Super Liqa təmsilçisi sürprizə imkan verməyib. Elita təmsilçilərindən olan “Hatayspor” və “Antalyaspor”un duelində qonaqlar inamlı qələbə qazanıb.

Bu mövsüm Super Liqada uğurlu çıxış edən “Trabzonspor” isə səfərdə “Dənizlispor”un qonağı olub. Trabzon təmsilçisi da çətin qələbə qazanaraq 1/4 finala yüksəliblər.

Xatırladaq ki, ilk oyun günündə “Qaziantep”, “Fatih Karagümrük” və “Kayserispor” da 1/4 finala vəsiqə qazanmışdı.

Türkiyə kuboku, 1/8 final

8 fevral

Kasımpaşa – Qaziantep 1:2
Qol
: Oanes, 31 – Fiqeyredo, 42. Maksim, 81.

Fatih Karagümrük – Konyaspor 5:4
Qol
: L.Mərcan, 7. A.Musa, 28. Borini, 67; 80-pen. E.Mor, 101 – Koka, 11; 21-pün. Amilton, 60. M.Çağıran, 87.

Fənərbaxça – Kayserispor 0:1
Qol
: R.Çivelek, 90+4.

9 fevral

Bandırmaspor – Sivasspor 2:4
Qol
: L.Ayçiçek, 34. Landel, 54 – Qradel, 2; 45+3; 89. Appyadanqoye, 79.

Hatayspor – Antalyaspor 0:2
Qol
: Nado, 83. Rayt, 87.

Dənizlispor – Trabzonspor 1:2
Qol
: M.Cecenoğlu, 58 – H.Türkmən, 8. Kouassi, 77.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu