6 may 2026. Çərşənbə

Ələskərov'lu Bursaspor səfərdən 1 xalla döndü


Ələskərov'lu Bursaspor səfərdən 1 xalla döndü
Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Samsunspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
 
“Bursaspor” 24 turdan sonra 24 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi