5 noyabr 2026. Cümə axşamı

Qalatasaray'dan Torrenə 2 oyunluq şans


Qalatasaray'dan Torrenə 2 oyunluq şans

Türkiyənin "Qalatasaray" klubunun rəhbərliyi baş məşqçi Domenek Torrenə iki oyunluq vaxt verib.

Corner.az-ın "Fotomac"a istinadən məlumatına görə, İstanbul təmsilçisi qarşıdakı matçlarda qələbə qazana bilməsə, 59 yaşlı mütəxəssislə yollarını ayıracaq.

"Sarı-qırmızılar" fevralın 21-də 26-cı turda səfərdə "Göztepe"nin qonağı olacaq, fevralın 27-də isə 27-ci turda evdə "Rizespor"u qəbul edəcək.

Qeyd edək ki, Domenek Torren Fatih Terimin istefasından sonra yanvarın 11-də baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında çıxdığı beş qarşılaşmanın ikisində məğlub olub, üçündə isə heç-heçə edib.







Türkiyə S.L.