23 oktyabr 2024. Çərşənbə

Ələskərov'lu Bursaspor 9 nəfər qalan rəqibə uduzdu


Ələskərov'lu Bursaspor 9 nəfər qalan rəqibə uduzdu
Futbol üzrə Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Tuzlaspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub – 0:1. Rəqibin iki futbolçusu (26 və 67-ci dəqiqələrdə) meydandan qovulmasına baxmayaraq, bursalılar 87-ci dəqiqədə buraxdıqları qolla məğlubiyyətdən qaça bilməyiblər.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
 
“Bursaspor” 25 turdan sonra 24 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.






Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi