11 may 2026. Bazar ertəsi

Super Liqa klubunda yeni baş məşqçi


Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Rizəspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Corner.az xəbər verir ki, Super Liqa təmsilçisinin "sükan"ı Bülənt Qorxmaza həvalə olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1.5 illik müqaviləyə imza atıblar.

Bülənt Qorxmaz son olaraq “Alanyaspor”a rəhbərlik edib. O, Super Liqanın cari mövsümündə 16-cı turdan sonra postundan ayrılmışdı. Vaxtilə Azərbaycanda “Bakı”nı da çalışdırmış mütəxəssis “Rizəspor”da Hamza Hamzaoğlunu əvəz edib.

Elitada qalmaq uğrunda mübarizə aparan “Rizəspor” hazırda 23 xalla 20 iştirakçı arasında 18-cidir.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi