30 yanvar 2026. Cümə

Bu sualı mənə yox, Ardaya verməlisiniz


Bu sualı mənə yox, Ardaya verməlisiniz

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turanın 26-cı  turda "Göztepe" ilə oyunda iştirak etməməsinin səbəbi açıqlanıb.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl Fatih Terimlə fotosunu paylaşdığı üçün heyətdən kənarlaşdırılıb.

İstanbul təmsilçisinin ispan baş məşqçisi Domenek Torren qarşılaşmadan sonra Turanın matçda iştirak etməməsini belə şərh edib: " Arda Turanla yanaşı Morutan və Alpaslan Öztürkün heyətdə olmamasını taktik bir seçim idi".

59 yaşlı mütəxəssis təcrübəli oyunçunun sabiq baş məşqçi Terimlə fotosunu yayılmasına da toxunub: "Arda istədiyi şəxslə şəkil çəkdirə və onu paylaşa bilər. Bu sualı mənə yox, futbolçuya verməlisiniz. Mövzu barədə fikir bildirmək istəmirəm".

Qeyd edək ki, "Qalatasaray" "Göztepe"ni 3:2 hesabı ilə yenib.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu