Futbol üzrə Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Tuzlaspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbə qazanıb – 1:0.
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.
“Keçiörengücü” 27 turdan sonra 34 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.