6 may 2026. Çərşənbə

Bursaspor'da ən çox meydanda olan futbolçu Ələskərovdur


Bursaspor'da ən çox meydanda olan futbolçu Ələskərovdur

Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov çıxış etdiyi Türkiyə "Bursaspor"unda ən çox meydanda olan futbolçudur.

Corner.az-ın "olay.com.tr" saytına istinadən məlumatına görə, 27 yaşlı futbolçu indiyədək "timsahlar"ın heyətində ümumilikdə 1 722 dəqiqə oynayıb.

İkinci sırada 1 484 dəqiqə ilə xorvatiyalı müdafiəçi Luka Tsapan qərarlaşıb. İlk "3-lüy"ü belçikalı yarımmüdafiəçi Massimo Bruno (1 450) tamamlayır. 1 245 dəqiqə meydanda olan argentinalı orta xətt oyunçusu Nikolas Salasar isə dördüncüdür.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2+1 illik müqavilə bağlayıb.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi