3 avqust 2026. Bazar ertəsi

Ələskərov'lu Bursaspor 9 nəfər qalan rəqiblə bacarmadı


Ələskərov'lu Bursaspor 9 nəfər qalan rəqiblə bacarmadı

Futbol üzrə Türkiyə 1-ci liqasında 26-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Boluspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ayrılıb 1-1.

Rəqibinin iki futbolçusu (54 və 66-cı dəqiqələrdə) meydandan qovulmasına baxmayaraq, bursalılar bu oyunda qələbə qazana bilməyiblər

Meydana start heyətində çıxan 26 yaşlı yarımmüdafiəçi 74-cü dəqiqədə Rici Ofusu ilə əvəzlənib.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Boluspor" 10-cu pillədəki mövqeyini qoruyub. 25 xalı olan "Bursaspor" isə 19 komanda arasında 18-cidir.







Türkiyə S.L.