20 sentyabr 2026. Bazar günü

Ələskərovun komandasının oyunu təxirə salındı


Ələskərovun komandasının oyunu təxirə salındı

Türkiyə Futbol Federasiyası (TFF) aşağı liqaların oyunlarını təxirə salıb.

Corner.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, buna  səbəb ölkədə həftəsonu üçün gözlənilən əlverişsiz hava şəraiti  olub.

Federasiya 11 - 14 martda təşkili planlaşdırılan I, II və III liqalardakı matçların 18 - 21 martda keçiriləcəyini açıqlayıb. Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" martın 14-də 23-cü  turda "Balıkesirspor"la qarşılaşmalı idi.

"Timsahlar" bu gün 22-ci turdan təxirə salınmış görüşdə "Eyüpspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə