20 iyun 2026. Şənbə

Qalatasaray Beşiktaş'la oyunun təxirə salınmasını istəyir


Qalatasaray Beşiktaş'la oyunun təxirə salınmasını istəyir

"Qalatasaray" klubu "Beşiktaş"a qarşı Türkiyə Super Liqasının 19-cu tur oyununun təxirə salınması üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

Corner.az "Fanatik"ə istinadən xəbər verir ki, TFF "sarı-qırmızılar"a qarşı tərəfin də razılığının alınmasının vacibliyini bildirib.

"Qara qartallar"ın görüşü ertələmə qərarına müsbət baxmadığı vurğulayıb.

Qeyd edək ki, "Qalatasaray" ötən gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyada "Barselona" ilə qolsuz heç-heçə edib. Komanda bu gün Bakı vaxtı ilə saat 16:30-da Türkiyəyə qayıdacaq. Təyyarənin İstanbuldakı əlverişsiz hava şəraiti ilə əlaqədar Antalya və ya İzmir şəhərlərindən birinə enəcəyi gözlənilir. Martın 14-də oynanılacaq "Qalatasaray" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı