“Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovu Türkiyənin “Kocaelispor” klubundan ayrılıb. Corner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
32 yaşlı futbolçunun karyerasını Çinin Super Liqa təmsilçisi “Çançun Yatay”da davam etdirəcəyi bildirilib. Ndlovunun transferi üçün 5 milyon dollar ödəniləcəyi iddia olunur.
Cənubi afrikalı futbolçu 2018-ci ilin yanvarında “Qarabağ”dan Çinin 2-ci liqa klubu “Çjetsyaz” klubuna keçib. O, ötən yay Türkiyənin 1-ci liqa təmsilçisi “Kocaelispor”a transfer olunub. Ndlovu bu komandada 15 oyunda 9 qol vurub, 1 məhsuldar ötürmə edib.