20 iyun 2026. Şənbə

İsgəndərlinin komandası səfərdən 1 xalla döndü


İsgəndərlinin komandası səfərdən 1 xalla döndü
Futbol üzrə Türkiyə 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “İstanbulspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Keçiörengücü” 29 turdan sonra 34 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı