12 may 2026. Çərşənbə axşamı

Qalatasaray uduzdu, Fənərbaxça'dan qələbə


Qalatasaray uduzdu, Fənərbaxça'dan qələbə

 Türkiyə Superliqasında 30-cu tura yekun vurulub.

Corner.az xəbər verir ki, "Antalyaspor" doğma meydanda "Girəsunspor"u qəbul edib və darmadağınla qələbə qazanıb. "Sivasspor" da evdə "Altay" üzərində inamlı qələbəyə sevinib.

"Fənərbaxça" evdə "Konyaspor"u qəbul və çətin qələbə qazanıb. "Qalatasaray" isə səfərdə "Qaziantep"in qonağı olub və 1:3 hesabı ilə məğlub olub.

Türkiyə Super Liqası, 30-cu tur

20 mart

"Antalyaspor" - "Girəsunspor" - 4:1

"Sivasspor" - "Altay" - 2:1

"Fənərbaxça" - "Konyaspor" - 2:1
Qollar
: Butuqi, 35 (0:1), Kim, 65 (1:1), Pelkas, 89 (2:1)

"Qaziantep" - "Qalatasaray" - 3:1
Qollar
: Qomis, 34 (0:1), Djilobodji,45+4 (1:1), Maksim, 71 (2:1), Fiqeyredu, 81 (3:1)

Bu nəticələrdən sonra "Konyaspor" 55 xalla 2-ci, "Fənərbaxça" 53 xalla 3-cü, "Qaziantep" 40 xalla 12-ci, "Qalatasaray" 38 xalla 15-cidir. Siyahıya 70 xalla "Trabzonspor" başçılıq edir.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi