20 sentyabr 2026. Bazar günü

Türkiyə Super Liqasının oyunu təxirə salındı


Türkiyə Super Liqasının oyunu təxirə salındı

Türkiyə Super Liqasının 32-ci turunda bu gün keçirilməsi planlaşdırılan "Qaziantep" - "Trabzonspor" oyunu təxirə salınıb.

Corner.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qonaq komandanın sıx dumana görə səfərə yollana bilməməsi olub.

Əlverişsiz hava şəraiti ucbatından Trabzon hava limanındakı uçuşlar ertələnib. Qarşılaşma aprelin 9-da Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, "Trabzonspor" 31 oyundan sonra 71 xalla liderdir. 40 xala malik "Qaziantep" 14-cü sırada qərarlaşıb.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə