30 yanvar 2026. Cümə

Derbinin qalibi - Fənərbaxça!


Derbinin qalibi - Fənərbaxça!
Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
 “Yeni Malatyaspor” doğma meydanda “Girəsunspor”la qarşılaşıb və minimal hesabla uduzub. Bu məğlubiyyətin ardından “Yeni Malatyaspor”un elitanı tərk edəcəyi dəqiqləşib. 20 xalla sonuncu - 20-ci pillədə qərarlaşan Malatya təmsilçisi 16-cı pillədəki “Altay”dan 19 xal geri qalır ki, son 6 turda bu fərqi aradan qaldırmaq qeyri-mümkündür.
 
Səfərdə “Sivasspor”un qonağı olan “Başakşəhər” turu qələbə ilə başa vurub. “Adana Dəmirspor” da “Altay”la ev oyununda qələbə qazanıb.
 
Turun mərkəzi oyunu İstanbulda baş tutub. “Fənərbaxça” doğma meydanda “Qalatasaray”la üz-üzə gəlib. İstanbul derbisində meydan sahibləri inamlı qələbə qazanıb.
 
Türkiyə Super Liqası
32-ci tur
 
9 aprel
 
Fatih Karagümrük – Kasımpaşa 3:2
Qol: A.Uğur, 31. Peşiç, 38. Bıstroviç, 72 – T.Sərbəst, 67. Muleka, 82.
 
Göztəpə – Kayserispor 1:2
Qol: Di Santo, 45 – E.Başsan, 8. O.Kemen, 26.
 
Rizəspor – Konyaspor 2:1
Qol: Bolasi, 43. Pohyanpalo, 77 – Byutyuqi, 26.
 
Beşiktaş – Alanyaspor 4:1
Qol: Batşuayi, 2; 43. Jozef, 25. G.Yalçın, 78 – E.Karaca, 23.
 
Qaziantep – Trabzonspor 0:0
 
10 aprel
 
Yeni Malatyaspor – Girəsunspor 0:1
Qol: Traore, 23.
 
Sivasspor – Başakşəhər 0:2
Qol: Qoutas, 3-öz qapısına. D.Türüç, 60.
 
Adana Dəmirspor – Altay 3:1
Qol: Belhanda, 33. S.Akaydın, 36. Balotelli, 87-pen – Naderi, 82.
 
Fənərbaxça – Qalatasaray 2:0
Qol: Zayç, 26. S.Dursun, 68.






Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu