5 noyabr 2026. Cümə axşamı

Ələskərov'dan Türkiyədə növbəti qol


Ələskərov'dan Türkiyədə növbəti qol
Futbol üzrə Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “İstanbulspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:3.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qoluna da məhz millimizin üzvü imza atıb. O, 7-ci dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Amma qalan dəqiqələrdə qapısından 3 qol top buraxan komandası meydanı xalsız tərk edib.
 
“Bursaspor” 32 turdan sonra 31 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.