Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
“Hatayspor” - “Sivasspor” və “Altay” - “Başakşəhər” matçlarında tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Dörd qolun qeydə alındığı “Alanyaspor” - “Antalyaspor” matçında qonaqlar qələbə qazanıb.
“Fənərbaxça” bu turda doğma meydanda “Göztəpə”ni qəbul edib və inamlı qələbə qazanıb.
Türkiyə Super Liqası
33-cü tur
15 aprel
Trabzonspor – Fatih Karagümrük 1:1
Qol: V.Huqo, 58 – Bilya, 45+4.
Kayserispor – Rizəspor 1:1
Qol: E.Başsan, 77 – Pohjanpalo, 67.
16 aprel
Hatayspor – Sivasspor 1:1
Qol: Benziya, 61 – Z.Erdal, 28-pen.
Alanyaspor – Antalyaspor 1:3
Qol: Dyedyu, 78 – Rayt, 17. G.Bayrakdar, 40; 58.
Altay – Başakşəhər 1:1
Qol: C.Gülselam, 89 – Trezeqe, 40.
Fənərbaxça – Göztəpə 2:0
Qol: S.Aziz, 4. A.Gülər, 83-pen.