30 yanvar 2026. Cümə

Oyun vaxtı infarkt keçirən türkiyəli qapıçı dünyasını dəyişdi


Oyun vaxtı infarkt keçirən türkiyəli qapıçı dünyasını dəyişdi

Türkiyəli veteran qapıçı Fatih Mumcu oyun vaxtı keçirdiyi infarktdan dünyasını dəyişib.

Corner.az-ınn məlumatına görə, "Bodrum Bələdiyyəsi Masterlər" komandasının 43 yaşlı qolkiperi "9 sentyabr Masterlər"lə görüşdə özünü pis hiss edərək yerə yıxılıb.

Hadisə Ege Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin final matçında yaşanıb. Mumcunun komandası həmin vaxt 3:1 hesabı ilə öndə olub.

Ona ilkin yardımı komanda yoldaşları göstərib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Fatih Mumcu peşəkar karyerasında "Batman Petrolspor" və "Tavşanlı Linyitspor"un formalarını geyinib.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu