20 iyun 2026. Şənbə

İsgəndərlinin komandası yenə uduzdu


İsgəndərlinin komandası yenə uduzdu
Futbol üzrə Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Ümraniyəspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:2.
 
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Keçiörengücü” 33 turdan sonra 38 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı