6 may 2026. Çərşənbə

Ələskərov üçün 69 dəqiqə və 1 xal


Ələskərov üçün 69 dəqiqə və 1 xal
Futbol üzrə Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib. Ələskərovun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
 
“Bursaspor” 33 turdan sonra 32 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi