23 oktyabr 2024. Çərşənbə

Feyr-pleyi elitada qalmaqdan üstün tutdular


Feyr-pleyi elitada qalmaqdan üstün tutdular
Futbol üzrə Türkiyə Super Liqasını tərk edən ikinci komanda bəlli olub. Corner.az xəbər verir ki, bu gün ölkə çempionatının 34-cü turu çərçivəsində səfərdə “Qaziantep”in qonağı olan və bu görüşdə xal itkisi ilə üzləşən “Göztəpə” elita ilə vidalaşan ikinci komanda olub.
 
Matçın ilk yarısında qapılara qol vurulmayıb.İkinci hissənin də qolsuz başa çatacağı gözlənilərkən “Göztəpə” 90+4-cü dəqiqədə Adis Yahoviçin vurduğu qolla hesabı açıb. Lakin meydan sahiblərinin futbolçuları qolun qaydalar çərçivəsində vurulmadığına ciddi etiraz ediblər. Hakimlər hətta VAR-a da müraciət etdikdən sonra qolu qeydə alıb. Amma qonaq futbolçular feyr-pley nümunəsi göstərərək meydan sahiblərinin hesabı bərabərləşdirməsinə imkan yaradıblar. Nəticədə Joao Fiqeyredo bərabərlik qolunu vurub. 90+9-cu dəqiqədə meyda sahibləri penalti də qazanıb. Amma meydan sahiblərinin futbolçu Məhəmməd Demir bu şansı feyr-pley nümunəsi göstərən qonaqlara görə dəyərləndirməyib . Beləcə, qarşılaşma 1:1 hesablı heç-heçə bitib.
 
Bu nəticənin ardından “Qaziantep” 42 xalla 14-cü pillədə qərarlaşıb.  “Göztəpə” isə 28 xalla 19-cu pillədə qalıb. Daha öncə “Yeni Malatyaspor”un Super Liqanı tərk edəcəyi bəlli olmuşdu.






Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi