5 dekabr 2025. Cümə

Türkiyə mətbuatı Ələskərovdan yazdı:Alaskarov Şaşırtıyor!


Türkiyə mətbuatı Ələskərovdan yazdı:Alaskarov Şaşırtıyor!
Türkiyənin “Bursasporda Bugün” nəşri “Bursaspor”da çıxış edən millimizin yarımmüdafiəçisi Namik Ələskərovun çıxışı barədə yazı dərc edib. Corner.az xəbər verir ki, “Namik Alaskarov şaşırtıyor!” (Namik Ələskərov təəccübləndirir – red.) başlıqlı yazıda 27 yaşlı futbolçunun Türkiyə 1-ci liqasında başa çatan 34 turdan sonra Bursa təmsilçisinin ən çox qol vuran oyunçusu olduğu vurğulanıb.
 
Ələskərovun son olaraq 34-cü turda “Dənizlispor”la görüşdə (1:0) komandasının yeganə qoluna imza atdığı bildirilib. Namik "Bursaspor"da 6 qol, 6 qol ötürməsi ilə bu göstəricidə klubun lideridir. Ancaq buna baxmayaraq, millimizin üzvünün yararlana bilmədiyi qol epizodlarınının müzakirələrə səbəb olduğu qeyd edilib:
 
“Bir çox epizodda bitirici özəlliyi zəif olan Namik Ələskərov yenə “Dənizlispor"la görüşdə penaltidən yararlana bilmədi. Bu durum klubun camiəsini də, məşqçi heyətinə də çox təəccübləndirir”.






Türkiyə S.L.

İstanbul derbisində heç-heçə
  • Türkiyə S.L.
  • 23:11 01.12.2025
İstanbul derbisində heç-heçə
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:57 30.11.2025
"Beşiktaş"dan inamlı qələbə