17 mart 2026. Çərşənbə axşamı

Super Liqa klubu baş məşqçisiz qaldı


Super Liqa klubu baş məşqçisiz qaldı
Türkiyənin “Göztəpə” klubu baş məşqçi Stepan Tomas ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
46 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri də istefaya göndərilib. Klub xorvatiyalı baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.
 
Stepan Tomas bu ilin martında "Göztəpə"yə baş məşqçi təyin olunmuşdu. Lakin o, komandanı elitada saxlamağı bacarmayıb. İzmir təmsilçisi bu məşqçinin rəhbərliyi altında meydana çıxdığı 6 oyunda cəmi 1 xal toplaya bilib.
 
“Göztəpə” futbolçusu Soner Aydoğdu ilə də qarşılıqlı razılıq əsasında yollarını ayırıb. 31 yaşlı futbolçu bu mövsüm Super Liqada meydana çıxdığı 32 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu