5 noyabr 2026. Cümə axşamı

İsgəndərlinin komandasından səfərdə qələbə


İsgəndərlinin komandasından səfərdə qələbə
Türkiyə Birinci Liqasında 35-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası “Keçiörengücü” də növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “Bandırmaspor”un qonağı olub və 2 cavabsız qolla qalib gəlib.

Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
“Keçiörengücü” 35 turdan sonra 44 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.