20 sentyabr 2026. Bazar günü

Qalatasaray Torrenlə yollarını ayırır


Qalatasaray Torrenlə yollarını ayırır

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Domenek Torrenlə vaxtından əvvəl göndərə bilər.

Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi  59 yaşlı mütəxəssisi istefaya göndərmək üçün mövsümün sonunu gözləmək niyyətində deyil.

Klubun prezidenti Burak Elması uğursuz nəticələrlə yanaşı, ispaniyalı çalışdırıcının mətbuata verdiyi açıqlamalar da narahat edir. Bu səbəbdən funksioner Torrenlə ən qısa zamanda görüşərək, müqaviləyə xitam verilməsinə çalışır.

Qeyd edək ki, Domenek Torrenin "Qalatasaray"la 2023-cü ilin yayınadək sözləşməsi var. "Cim-Bom" bu mövsüm 35 oyundan sonra 47 xalla 11-ci pillədə qərarlaşıb.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə