20 iyun 2026. Şənbə

Fənərbaxça pankarta görə Trabzonspor'u məhkəməyə verdi


Fənərbaxça pankarta görə Trabzonspor'u məhkəməyə verdi

Türkiyənin "Fənərbaxça" klubu "Trabzonspor"u məhkəməyə verib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Qara dəniz təmsilçisinin evdə "Antalyaspor"la bərabərə qaldığı Superliqanın 35-ci tur oyunu zamanı açdığı pankart olub.

Pankartda ov tüfənginin hədəfində "Fənərbaxça"nın simvolu olan sərçə təsvir edilib. İstanbul təmsilçisi iddia edir ki, "Trabzonspor" bununla 2015-ci il aprelin 4-də İstanbul klubunun avtobusuna edilən silahlı hücuma haqq qazandırmağa çalışıb.

Qeyd edək ki, evdə "Antalyaspor"la 2:2 hesablı heç-heçə edən "Trabzonspor" 38 ildən sonra Türkiyə çempionu olub.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı