20 iyun 2026. Şənbə

Altay və Rizəspor da Super Liqanı tərk etdi


Altay və Rizəspor da Super Liqanı tərk etdi
Futbol üzrə Türkiyə Super Liqasını tərk edən daha iki komanda bəlli olub. Corner.az xəbər verir ki, ötən gecə 36-cı tur çərçivəsində baş tutan “Qaziantep” – “Kayserispor” matçında qeydə alınan heç-heçə (1:1) ilə elitanı kimlərin tərk edəcəyi ilə bağlı bütün suallara aydınlıq gətirib.
 
Bu heç-heçə sayəsində xalını 43-ə çatdıran “Qaziantep” elitadakı yerini qorudu. Hazırda bu komanda 20 iştirakçı arasında 43 xala malikdir.
 
Əvəzində isə hesabında 33 xalı olan “Altay” və “Rizəspor”un elitanı tərk edəcəyi dəqiqləşib. Daha öncə “Yeni Malatyaspor” (20) və “Göztəpə” (28) də aşağı liqaya düşmüşdü.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı