22 iyun 2026. Bazar ertəsi

Ələskərov'lu Bursaspor'dan rekord göstərici


Ələskərov'lu Bursaspor'dan rekord göstərici
Türkiyənin “Bursaspor” klubu TFF 1-ci liqada yeni rekord müəyyənləşdirib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun da formasını geyindiyi bu komanda 36-cı tur çərçivəsində doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2. Sözügedən qarşılaşmada Bursa təmsilçisini dəstəkləmək üçün arenaya 35 mindən çox azarkeş gəlib. Bu isə TFF 1-ci liqa tarixində yeni rekord kimi tarixə düşüb.
 
Qeyd edək ki, Namik də bu görüşün 75-ci dəqiqəsindən etibarən meydanda olub. Məhz onun meydana çıxmasından sonra komandası əlavə vaxtda qələbə qolunu vurub.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı