13 may 2026. Çərşənbə

Kayserispor'un finaldakı rəqibi bilindi


Kayserispor'un finaldakı rəqibi bilindi
Futbol üzrə Türkiyə kubokunda sonuncu finalçının adı bəlli olub. Corner.az xəbər verir ki, bu gün yarımfinalın cavab oyunları çərçivəsində “Sivasspor” doğma meydanda “Alanyaspor”la üz-üzə gəlib.
 
Səfərdə baş tutan ilk oyunda 2:1 hesabıyla qalib gələn Sivas təmsilçisi cavab oyununda bu üstünlüyünü qoruyaraq finala vəsiqə qazanıb.
 
Bu komandanın finaldakı rəqibi “Kayserispor” olacaq. Həlledici görüş mayın 26-da keçiriləcək.
 
Türkiyə kuboku
Yarımfinalın cavab oyunları
10 may
 
Kayserispor – Trabzonspor 4:2
Qol: E.Başsan, 48; 90+6. Hosseini, 59. Tiam, 90+1-pen – Nvakaeme, 3-pen. Bakasetas, 82.
İlk oyun – 0:1.
 
11 may
 
Sivasspor – Alanyaspor 1:1
Qol: H.Arslan, 88 – Dyedyu, 78.
İlk oyun – 2:1.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi