6 avqust 2026. Cümə axşamı

Ələskərovun komandası aşağı liqaya düşdü


Ələskərovun komandası aşağı liqaya düşdü

 Türkiyənin Birinci Liqasında 37-ci turun oyunları keçirilir. 

Corner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor"da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə "Bandırmaspor"un qonağı olub. Ələskərovun komandası görüşdə 2:4 hesablı məğlubiyyətlə üzləşib.

Namik Ələskərovda görüşün iştirakçısı olub. 27 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və  63-cü dəqiqədə əvəzlənib.

"Timsahlar" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.







Türkiyə S.L.