17 mart 2026. Çərşənbə axşamı

Ələskərov'lu Bursaspor azarkeş hücumuna məruz qaldı


Ələskərov'lu Bursaspor azarkeş hücumuna məruz qaldı

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin “Bursaspor” klubunun azarkeşləri futbolçulara hücum ediblər.

Corner.az xəbər verir ki, "timsahlar" 37-ci turda ötən gün səfərdə “Bandırmaspor”a 2:4 hesabı ilə məğlub olduqdan sonra fanatlar klubun avtobusun önünü kəsib.

“Bursaspor”un aşağı liqaya düşməsinə qəzəblənən azarkeşlər futbolçular haqda təhqiredici şüarlar səsləndiriblər. Komandanın kapitanı Burak Altıparmak avtobusdan düşərək azarkeşlərlə danışmaq istəsə də, azarkeşlərdən biri onun boğazından tutub və futbolçuya şillə vurub.

Klubun bazası önündə də 100-ə yaxın azarkeş yığılaraq etirazını bildirib.

“Bursaspor” 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış 1-ci liqanı tərk edəcəyi dəqiqləşib.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu