5 dekabr 2025. Cümə

Beşiktaş'dan qələbə, Fənərbaxça xal itirdi


Beşiktaş'dan qələbə, Fənərbaxça xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

“Fənərbaxça” – “Fatih Karagümrük” matçında qapılara qol vurulmayıb. “Girəsunspor” – “Başakşəhər” matçı da heç-heçə yekunlaşıb.

“Konyaspor” doğma meydanda “Hatayspor”a, “Alanyaspor” isə “Qaziantep”ə qalib gəlib. Altı qolun qeydə alındığı “Kasımpaşa” – “Antalyaspor” matçında qonaqlar qələbə qazanıb.. “Beşiktaş”  səfərdə "Göztəpə"nin qonağı olub və  inamlı qələbə qazanıb. Çempionluğu təmin edən “Trabzonspor” da doğma meydanda “Altay”ı qəbul edib və qalib gəlib.

Türkiyə Super Liqası, 37-ci tur

14 may

Kayserispor – Yeni Malatyaspor 3:0
Qol
: G.Sazdağı, 10; 45+4. H.Erkip, 72.

15 may

Göztəpə – Beşiktaş 0:2
Qol
: Larin, 27. Jozef, 32.

Trabzonspor – Altay 2:1
Qol
: İ.Öztürk, 19-öz qapısına. Nvakaeme, 84 – M.Rodriqes, 70.

Alanyaspor – Qaziantep 3:0
Qol
: Dyedyu, 59. Eduardo, 89. Kandeyas, 90.

Fənərbaxça – Fatih Karagümrük 0:0

Kasımpaşa – Antalyaspor 2:4
Qol
: U.Bozok, 37; 90+6-pen – Fredi, 19. Naldo, 47. Rayt, 53. Haderqyonay, 70-öz qapısına.

Girəsunspor – Başakşəhər 1:1
Qol
: Peres, 72 – Okaka, 45+2.

Konyaspor – Hatayspor 3:1
Qol
: Byutyuqi, 6. Mixalak, 73. Koka, 87 – El Kaabi, 16.







Türkiyə S.L.

İstanbul derbisində heç-heçə
  • Türkiyə S.L.
  • 23:11 01.12.2025
İstanbul derbisində heç-heçə
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:57 30.11.2025
"Beşiktaş"dan inamlı qələbə