16 mart 2026. Bazar ertəsi

Arda Turan 14 illik karyerasında ilkə imza atdı


Arda Turan 14 illik karyerasında ilkə imza atdı

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan karyerasının ən uğursuz mövsümünü geridə qoymaq üzrədi.

Corner.az xəbər verir ki, “Başakşəhər”də oynayan 32 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 16 oyunda qol vurmaması ilə diqqət mərkəzinə düşüb.O, bu oyunlardan 9-da start heyətdə meydana çıxıbsa, qalan görüşlərdə sonradan mübarizəyə qoşulub. Arda həmin oyunların heç birində rəqib qapıya qol vurmamaqla karyerasının antirekordunu müəyyənləşdirib. Belə ki, Arda 14 illik karyerası ərzində ilk dəfə mövsümü qol vurmadan başa çatdıracaq.

O, mövsümün qalan hissəsində meydana çıxmayacaq. Buna səbəb onun hazırda zədədən əziyyət çəkməsidi.

Türkiyə millisinin sabiq futbolçusu karyerası ərzində şərəfini qoruduğu “Manisaspor”, “Galatasaray”, “Atletico Madrid" və “Barcelona” klublarında heç vaxt mövsümü qolsuz başa vurmamışdı.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu