17 mart 2026. Çərşənbə axşamı

Namik Ələskərov Bursaspor'un məşqində iştirak etmədi


Namik Ələskərov Bursaspor'un məşqində iştirak etmədi
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin “Bursaspor” komandasının məşqinə çıxmayıb. Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa təmsilçisi “Bandırmaspor”a 2:4 hesabı ilə uduzduqları 1-ci liqanın 37-ci turunun oyunundan sonra hazırlığı bərpa edib.
 
 Amma komandanın legionerləri məşqdə iştirak etməyiblər. Onların klubu xəbərdar etmədən bu addımı atdıqları vurğulanıb.
 
“Bandırmaspor”la görüşdən sonra azarkeşlərin hücumuna məruz qalan kapitan Burak Altıparmak da məşqə qatılmayıb
 
Aşağı liqaya düşən “timsahlar”da son turdan əvvəl yalnız 10 gənc oyunçu məşqə qatılıb.
 
“Bursaspor” 35 oyundan sonra 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.
 
Komanda sonuncu turda, mayın 21-də “Menemenspor”u qəbul edəcək. Legionerlər 2-ci liqada oynaya bilməyəcəklərindən, Namik Ələskərov “Bursaspor”u tərk etməli olacaq.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu