17 mart 2026. Çərşənbə axşamı

Ələskərov Bursaspor'da mövsümün son oyununa çıxmayacaq


Ələskərov Bursaspor'da mövsümün son oyununa çıxmayacaq

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında cari mövsümünün sonuncu - 38-ci tur matçını buraxacaq.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi məşqlərə qatılmadığından "Menemenspor"a qarşı görüşdə oynamayacaq. Millimizin üzvü ilə yanaşı, komandadakı digər legionerlər və bir çox əsas heyət üzvü də mövsümün son matçında iştirak etməyəcəklər.

Bursa təmsilçisinin meydana əsasən U-19 və U-17 komandasının futbolçularından ibarət heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, Namik Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var. Lakin klub II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, 27 yaşlı yarımmüdafiəçi ilə yollar ayrılacaq.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu