17 mart 2026. Çərşənbə axşamı

Ələskərov və İsgəndərli son turda oynamadılar


Ələskərov və İsgəndərli son turda oynamadılar
Futbol üzrə Türkiyə 1-ci liqasında 2021/22 mövsümünə yekun vurulub. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da sonuncu matçına çıxıb.
 
Sözügedən kollektiv 38-ci tur çərçivəsində doğma meydanda “Menemenspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
 
Namik bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Ələskərovla yanaşı, komandanın digər legionerləri və aparıcı futbolçuları da son oyunu buraxıblar.
 
Digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası “Keçiörengücü” də doğma meydanda “Ankaragücü”nü qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri 1:2 hesablı məğlubiyyətlə üzləşib. Vüsalın adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Beləliklə, “Bursaspor” 38 oyuna topladığı 44 xalla 19 kollektiv arasında 17-ci olub və TFF 1-ci liqanı tərk edib. Bu komanda ilə yanaşı, “Kocaelispor” (44 xal), “Menemenspor” (38 xal) və “Balıkəsirspor” (12 xal) da aşağı liqaya düşüb. “Keçiörengücü” isə mövsümü 48 xalla 12-ci pillədə başa vurub.
 
Ələskərov geridə qalan mövsümdə Bursa təmsilçisinin heyətində TFF 1-ci liqada meydana çıxdığı 32 oyunda 6 qol vurubsa, İsgəndərli isə 23 oyuna 4 qolla yadda qalıb.
 






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu