23 oktyabr 2024. Çərşənbə

Super Liqada mövsümə yekun vuruldu


Super Liqada mövsümə yekun vuruldu

Futbol üzrə Türkiyə Super Liqasında 2021/22 mövsümünə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Hatayspor” doğma meydanda “Girəsunspor”u, “Adana Dəmirspor” isə “Göztəpə”ni qəbul edib. Hər iki matçda meydan sahibləri böyük hesabla qalib gəlib. Səfərdə “Fatih Karagümruk”ün qonağı olan “Alanyaspor” son matçda minimal hesabla qələbə qazanıb.

Çempionluğu daha öncə təmin edən “Trabzonspor” isə son turda səfərdə “Başakşəhər”in qonağı olub və məğlubiyyətlə üzləşib.

Beləliklə, mövsümün yekunlarına görə, çempion “Trabzonspor” və ikinci pilləni tutan “Fənərbaxça” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Müvafiq olaraq 3 və 4-cü pillələrdə qərarlaşan “Konyaspor”la “Başakşəhər” isə Türkiyəni Avropa Konfrans Liqasında təmsil edəcək.

Uğursuz mövsüm keçirən “Beşiktaş” 59 xalla 6-cı, “Qalatasaray” isə 52 xalla 13-cü olub.

Son dörd pillədə qərarlaşan “Rizəspor” (36 xal), “Altay” (34), “Göztəpə” (28) və “Yeni Malatyaspor” (20) Super Liqa ilə vidalaşıb.

Türkiyə Super Liqası
38-ci tur

20 may

Antalyaspor – Qalatasaray 1:1
Qol: Ndao, 45 – M.Məhəmməd, 77.

Qaziantep – Rizəspor 2:0
Qol: Stankovski, 41. Maksim, 58.

21 may

Altay – Kasımpaşa 2:4
Qol: İ.Öztürk, 45+1. Kappel, 81-pen – Eysserik, 35; 50. U.Bozok, 42; 63.

Sivasspor – Kayserispor 2:1
Qol: J.Feliks, 21. K.Kesgin, 63 – M.Kardozo, 56.

Beşiktaş – Konyaspor 1:1
Qol: K.Karaman, 90+1 – Rahmanoviç, 42.

Yeni Malatyaspor – Fənərbaxça 0:5
Qol: S.Dursun, 32. S.Aziz, 57. İ.Kahveci, 75. Valensiya, 77; 89.

22 may

Başakşəhər – Trabzonspor 3:1
Qol: Okaka, 11. Epureanu, 31. S.Gürler, 42 – Nvakaeme, 59.

Fatih Karagümruk – Alanyaspor 0:1
Qol: E.Karaca, 37.

Hatayspor – Girəsunspor 4:1
Qol: El Kaabi, 44; 81. B.Özgür, 55. Kahraba, 66 – Bilazer, 24.

Adana Dəmirspor – Göztəpə 7:0
Qol: A.Cankaya, 25-öz qapısına. Balotelli, 33; 36; 44; 62; 70. E.Öztümər, 45.







Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi