20 aprel 2026. Bazar ertəsi

Özil'dən karyerası ilə bağlı açıqlama


Özil'dən karyerası ilə bağlı açıqlama

Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Mesut Özil karyerası ilə bağlı yayılan iddialara münasibət bildirib.

Corner.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi tviter hesabında paylaşım edib.

Təcrübəli oyunçu İstanbul təmsilçisində çıxış etməyin uşaqlıq arzusu olduğunu vurğulayıb: "Uşaqlıq sevgim olan "Fənərbaxça" ilə ilk 6 ayın maaşını belə almadan 3,5 illik müqavilə imzalayaraq karyera hədəfimi tamamlamışdım".

Özil karyerasını hazırkı klubunda başa vuracağı sözlərini də əlavə edib: "Karyeramı "Fənərbaxça"dan başqa komandada bitirməyəcəyəm. Müqavilə müddətində yeganə məqsədim bu formanı geyinməkdir. Bu qərarım çox aydın və qətidir".

Almaniya millisinin sabiq üzvü rəhbərliyin qərarlarına hörmətlə yanaşacağını diqqətə çatdırıb: "Çox çalışacağam və özümü hər zaman hazır saxlayacağam. Hər zaman dediyim kimi: Əsas olan "Fənərbaxça"dır. Bu komandanın böyük azarkeşlərinə sevgi və hörmətlərimlə".

Qeyd edək ki, Mesut Özil 2021-ci ilin yanvarında "Fənərbaxça"ya keçib. O, martın 24-də baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılıb.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 18.04.2026
"Qalatasaray"dan çətin qələbə
"Fənərbağça"nın borcu açıqlanıb
  • Türkiyə S.L.
  • 18:11 18.04.2026
"Fənərbağça"nın borcu açıqlanıb
"Fənərbağça"dan vacib xal itkisi
  • Türkiyə S.L.
  • 23:10 17.04.2026
"Fənərbağça"dan vacib xal itkisi
“Bu sistem belə düzəlməz”
  • Türkiyə S.L.
  • 00:48 14.04.2026
“Bu sistem belə düzəlməz”
"Qalatasaray"dan gözlənilməz xal itkisi
  • Türkiyə S.L.
  • 23:00 12.04.2026
"Qalatasaray"dan gözlənilməz xal itkisi