5 may 2026. Çərşənbə axşamı

Qəzada ölən futbolçunun forması əbədiləşdirildi


Qəzada ölən futbolçunun forması əbədiləşdirildi

Türkiyənin "Alanyaspor" klubu yol qəzasında dünyasını dəyişən futbolçusu Josef Suralın forma nömrəsini əbədiləşdirib.

Corner.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, bundan sonra komandada heç bir oyunçu 90 nömrəli formanı geyinməyəcək. Qərar klubun İdarə Heyətinin təşəbbüsü ilə qəbul edilib.

Xatırladaq ki, Superliqanın 30-cu turunda  keçirilən "Kayserispor" - "Alanyaspor" oyunundan sonra qonaqların 7 əcnəbi futbolçusunu aparan mikroavtobusun qəzaya uğraması nəticəsində Çexiya millisinin üzvü Jozef Sural dünyasını dəyişib.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu