Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti müəyyənləşib. Corner.az xəbər verir ki, dünən keçirilən səsvermənin nəticəsinə əsasən Dursun Özbək İstanbul təmsilçisinin yeni prezidenti seçilib.
Klub prezidentliyi üçün cəmi iki namizəd var idi. Dursun Özbəklə yanaşı, Əşrəf Hamamcıoğlu da namizədliyini irəli sürmüşdü. Lakin 2073 səs toplayan Hamamcıoğlunu kiçik fərqlə (2208 səs) üstələyən Dursun Özbək, qarşıdakı iki il müddətinə "İstanbul nəhəngi"nin prezidenti vəzifəsini icra etmək hüququ qazanıb.
Xatırladaq ki, Dursun Özbək bundan əvvəl 2015-ci ilin mayından 2018-ci ilin yanvarına kimi "Qalatasaray"ın prezidenti olmuşdu.