22 oktyabr 2024. Çərşənbə axşamı

1 milyard 160 milyon TL-lik derbi


1 milyard 160 milyon TL-lik derbi
Qalatasaray ilə Fənərbaxça arasında oynanılacaq derbidə heyətin dəyəri 1 milyard 160 milyon TL.

Corner.az-ın xəbərinə görə, Spor Toto Super Liqasının 11-ci həftəsində oynanılacaq Qalatasaray-Fənərbaxça derbisinin heyət dəyərlərində sarı-qırmızılılar öndədirlər.
Transfermarkt'ın məlumatlarına görə sarı-qırmızılıların heyətində iştirak edən futbolçuların ümumi dəyəri 96 milyon avro ilə liqada ilk sırada iştirak edir. Sarı-göylülərin heyətində iştirak edən futbolçuların dəyəri isə 90 milyon avro və liqada üçüncü sıradadırlar. Mərkəz Bankının günlük məzənnəsinə görə iki komandanın ümumi dəyərinin Türk Lirəsi qarşılığı da təxmini olaraq 1 milyard 160 milyondur.
Meydanın ən qiymətlisi Badou Ndiaye olacaq
Qalatasarayın heyətində yer alan Badou Ndiaye 15 milyon avro ilə komandanın ən qiymətlisi mövqeyindədir. Ndiaye'ni 10 milyon avro ilə Henry Onyekuru təqib edir. Fənərbaxçada isə Cəzairli futbolçu Islam Slimani'nin bazar dəyəri 16 milyon avrodur. Ancaq Slimani cəza aldığına görə bu həftə derbidə vəzifə iştirak edə bilməyəcək. Ulduz futbolçunun ardından komandadaki ən qiymətli ad 14 milyon avro ilə Andre Ayewdir.
Qapıçılardan isə Qalatasarayın qapıçısı Fernando Musleranın dəyəri 6 milyon avro, Fənərbaxçanın qapısını qoruyan Harun Tekinin aktual bazar dəyəri də 2 milyon 500 min avrodur.






Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi