22 noyabr 2024. Cümə

Beşiktaş bu 2 futbolçusuna ehtiyac duymadı


Beşiktaş bu 2 futbolçusuna ehtiyac duymadı
“Beşiktaş” Türkiyə Super Liqasında 2022/23 mövsümünün ilk dövrəsi üçün yekun heyətini açıqlayıb. Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin məşqçilər korpusu iki futbolçunun adını iştirak ərizəsinə daxil etməyib.
 
Belə ki, yarımmüdafiəçi Tayler Boyd və qapıçı Utku Yuvakurana ehtiyac duyulmayıb. Sözügedən futbolçuların mövsümün ilk dövrəsində forma geyinməyəcəkləri \diqqətə çatdırılıb. Bu iki oyunçunun qış fasiləsindən sonrakı taleyi isə hazırlıq səviyyələrindən asılı olacaq.
 
Utku Yuvakuran 2016-cı ildən heyətində yer aldığı “Beşiktaş”da əsas heyət üzvünə çevrilməkdə çətinlik yaşayır. 24 yaşlı qolkiper daha öncə “Beylerbeyi” və “Fatih Karagümrük”də icarədə də olub.
 
Tayler Boyd isə 2019-cu ildən “Beşiktaş”dadır. ABŞ-dan olan yarımmüdafiəçi bu komandanın heyətində 35 oyuna çıxıb, 4 qol vurub. 27 yaşlı vinger “Sivasspor” və “Rizəspor”da icarədə də olub. O, ABŞ yığmasında keçirdiyi 10 oyunda 2 qola imza atıb.






Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu