20 sentyabr 2026. Bazar günü

Qalatasaray Arda Turan üçün vida matçı təşkil edəcək


Qalatasaray Arda Turan üçün vida matçı təşkil edəcək

Türkiyə "Qalatasaray"ı sabiq futbolçusu Arda Turan üçün vida oyunu təşkil edəcək.

Corner.az-ın məlumatına görə, bu barədə klubun vitse-prezidenti Erden Timur klubun rəsmi yutub kanalına açıqlama verib.

Funksioner, İstanbul təmsilçisinin bu cür məsələlərə həssas yanaşdığını bildirib: "Arda Türkiyənin ən titullu futbolçusudur. Bizim yetirməmizdir, İspaniyada "Atletiko" (Madrid) və "Barselona" kimi komandalarda oynayıb. Çox vacib oyunçudur. Bu cür futbolçuları unutmamaq, onlara dəyər vermək əsas məqsədimizdir".

Qeyd edək ki, Arda Turan sentyabrın 12-də karyerasını başa vurduğunu açıqlayıb. O, Türkiyədə "Qalatasaray"dan başqa, "Manisaspor" və "Başakşehir"in də formasını geyinib.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə