11 aprel 2026. Şənbə

Başakşəhər'i məğlub edən tapıldı


Başakşəhər'i məğlub edən tapıldı

Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Trabzonspor” doğma meydanda “Kasımpaşa”nı qəbul edib və bu matçda qapılara qol vurulmayıb. Lider “Başakşəhər” isə “Sivasspor”la ev oyunundan məğlubuyyətə üzülüb. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyəti, Sivas klubunun isə ilk qələbəsi olub.

9 turdan sonra “Adana Dəmirspor”, “Beşiktaş” və “Konyaspor” 18 xalla zirvəyə şərikdirlər. “Fənərbaxça”, “Başakşəhər”, “Qalatasaray” və “Trabzonspor”un isə 17 xalı var.

Türkiyə Super Liqası
9-cu tur
7 oktyabr

Qaziantep – Adana Dəmirspor 1:1
Qol: Markoviç, 69 – Assombalonqa, 60.

8 oktyabr

İstanbulspor – Ankaragücü 1:2
Qol: Ethemi, 55 – E.Kılınc, 16. Sou, 90+1.

Antalyaspor – Konyaspor 1:1
Qol: Fernando, 51 – Kalvo, 90+6.

Girəsunspor – Beşiktaş 0:1
Qol: T.Sanuc, 34.

9 oktyabr

Ümraniyəspor – Kayserispor 2:2
Qol: U.Nayir, 48. T.Qlumaç, 59 – M.Kardozo, 25. Mensa, 64.

Hatayspor – Alanyaspor 1:0
Qol: B.Öksüz, 72.

Fənərbaxça – Fatih Karagümrük 5:4
Qol: Krespo, 9. Valensiya, 28; 61-pen; 72-pen. Batşuayi, 90+5 – Borini, 16; 65-pen. Kuassi, 24. B.Kapacak, 83.

10 oktyabr

Başakşəhər – Sivasspor 0:2
Qol: Saba, 45+2-pen.

Trabzonspor – Kasımpaşa 0:0







Türkiyə S.L.

"Beşiktaş"dan darmadağın
  • Türkiyə S.L.
  • 23:17 10.04.2026
"Beşiktaş"dan darmadağın
“Qalatasaray”dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:51 08.04.2026
“Qalatasaray”dan səfərdə qələbə