12 may 2026. Çərşənbə axşamı

Super Liqa klubunda ciddi itki - 5 ay oynamayacaq


Super Liqa klubunda ciddi itki - 5 ay oynamayacaq
Türkiyənin “Antalyaspor” komandası ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Alassane Ndao sıradan çıxıb.
 
 25 yaşlı vinger Super Liqanın 9-cu turu çərçivəsində baş tutan “Konyaspor”la ev oyununda zədələnib.
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, zədəsi ciddi olan seneqallı futbolçu azı 5 ay yaşıl meydanlardan kənarda qalacaq.
 
Alassane Ndao bu mövsümün əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan icarə əsasında “Antalyaspor”a keçib.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi