12 may 2026. Çərşənbə axşamı

Beşiktaş iki futbolçusunu itirdi


Beşiktaş iki futbolçusunu itirdi
Türkiyənin “Beşiktaş” klubunun iki futbolçusu sıradan çıxıb. Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Raşid Gezzal və hücumçu Vout Veqorst zədələnib.
 
Sözügedən oyunçular Super Liqanın 10-cu turu çərçivəsində baş tutan “Trabzonspor”la oyunda sıradan çıxıb. Onların azı 10 gün məcburi istirahət edəcəyi açıqlanıb. Bu üzdən Gezzalla Veqorstun “Hatayspor”la növbəti matçda iştirak etməyəcəyi dəqiqdir.
 
Xatırladaq ki, Gezzal bu mövsüm meydana çıxdığı 5 oyunda 2 qol vurub. Veqorst isə 10 oyunda 3 qolla yadda qalıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi