20 sentyabr 2026. Bazar günü

Beşiktaş'la Fənərbaxça'dan darmadağın


Beşiktaş'la Fənərbaxça'dan darmadağın

Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kayserispor” - “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. “Ankaragücü” doğma meydanda “Hatayspor”u qəbul edib və böyük hesablı qələbəyə sevinib.

“Beşiktaş” doğma meydanda “Ümraniyəspor”u, “Fənərbaxça” isə səfərdə “İstanbulspor” üzərində darmadağına sevinib.

Türkiyə Super Liqası
12-ci tur
28 oktyabr

Fatih Karagümrük – Qalatasaray 0:2
Qol: E.Taşdemir, 60. Mata, 85.

29 oktyabr

Konyaspor – Kasımpaşa 1:1
Qol: Gilyerme, 82 – Hayradinoviç, 50.

Alanyaspor – Qaziantep 2:0
Qol: Fer, 21. Balkoveç, 53.

30 oktyabr

Ankaragücü – Hatayspor 4:1
Qol: Beridze, 3. T.Antalyalı, 61. Sou, 70. Diak, 90+2 – El Kaabi, 86.

Beşiktaş – Ümraniyəspor 5:2
Qol: C.Tosun, 5; 62. Veqhorst, 33; 78. T.Sanuç, 48 – Del Valle, 45. Avunu, 57. 

Kayserispor – Adana Dəmirspor 2:2
Qol: Qavranoviç, 67. Kardoso, 82 – Ndiaye, 12. Onyekuru, 65.

İstanbulspor – Fənərbaxça 2:5
Qol: J.Topallı, 48; 67 – Batşuayi, 18; 49; 88. İ.C.Kahveci, 36. Valensiya, 87.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə